Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turistlərə elektron viza verəcək

Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turistlərə elektron viza verəcək

Səudiyyə Ərəbistanı “Vision-2030” strateji baxış proqramının bir hissəsi kimi turizm sektorunun inkişafı məqsədilə ölkədə böyük idman və əyləncə tədbirlərində iştirak etmək istəyən turistlərin viza alması üçün elektron platforma yaradıb.
 
Maide.Az "azərtac"-a istinadla xəbər verir ki, ilk dəfə elektron vizalar Səudiyyə Ərəbistanında keçiriləcək Formula E yarışlarını izləmək üçün bilet alan turistlərə veriləcək.
 
Bu ilin dekabrında baş tutacaq Formula E yarışları Səudiyyə Ərəbistanında ilk dəfə keçiriləcək.
 

Google+ WhatsApp ok.ru