Səudiyyə rejimi Qatifdə Əhli-Beyt (ə) ardıcıllarına hücum etdi - VİDEO

Səudiyyə rejimi Qatifdə Əhli-Beyt (ə) ardıcıllarına hücum etdi - VİDEO

Səudiyyə rejiminin təhlükəsizlik qüvvələrinin ölkənin neftlə zəngin olan şərq əyalətində demokratiya tərəfdarları və siyasi müxaliflərə qarşı qəddarcasına hücumu nəticəsində ən azı 7 nəfər yaralanıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, ərəbcə nəşr olunan Ahrar televiziyasının rəsmi Twitter səhifəsində gedən xəbərə görə, Səudiyyə rejiminin əsgərləri Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Qatif şəhərinin Kavkab məhəlləsindəki Fəth məscidinin arxasında bir evə hücum ediblər. Hücumda 7 nəfərin yaralandığı, yaralılar arasında yaşlıların da olduğu bildirilib.
 
Səudiyyə rejimi son dövrdə siyasi motivlərlə insan haqları müdafiəçiləri ilə müxalif yazarlara qarşı həbslərə başlayıb.
 
Səudiyyə rejiminin rəsmiləri Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Şərq vilayətində də təhlükəsizlik tədbirlərini gücləndirib.
 
Şərq vilayətində 2011-ci ilin fevral ayından etibarən dinc nümayişlər keçirilir. Etirazçılar islahatlar, ifadə azadlığı, siyasi məhbusların azad edilməsi və neftlə zəngin bölgəyə qarşı iqtisadi və dini ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər.
 

Google+ WhatsApp ok.ru