Səudiyyə Ərəbistanın iqtisadiyyatı zəifləyir

Səudiyyə Ərəbistanın iqtisadiyyatı zəifləyir

Səudiyyə Ərəbistanı Maliyyə naziri Məhəmməd əl-Cedan, 2019-cu ilin büdcəsi haqqında açıqlama verib. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Riyadda təşkil edilən mətbuat konfransında danışan maliyyə naziri M. əl-Cedan, 2019-cu il büdcəsinin 260,8 milyard dollardan 294,9 milyard dollara artacağını təxmin etdiklərini söyləyib. 
 
Dövlət borcunun 2019-ci ildə öncəki illə müqayisədə yüzdə 17,7 artacağını ehtimal etdiklərini qeyd edib. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının dövlət borcunun 2018-ci ilin sonuna qədər 153,6 milyard dollara,  2021-ci ildə isə 226,13 milyard dollara çatacağı proqnozlaşdırılır. 
 
Xatırladaq ki,Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanının ehtiyatları 5 il ərzində tükənə bilər.
 
 

Google+ WhatsApp ok.ru