Səsiniz barədə maraqlı 7 fakt

Səsiniz barədə maraqlı 7 fakt

Hər kəs unikal səsilə doğulur. Necə biri olmağınızın fərqi yoxdur - çərənçi, müğənni, əla oğlan - səsiniz təkrarsızdır. Bəs hər insanın malik olduğu bu ecazkar alət barədə nə bilirsiniz?
 
BBC-nin Elmi proqramı "The Curious Cases of Rutherford & Fry" bu məsələni araşdırıb və bəzi maraqlı faktlar əldə edib:
 
1. Sizin anadangəlmə aksentiniz var
 
Körpələr valideyinlərinin ləhcəsini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar.
 
Tədqiqatçılar Fransa və Almaniyada yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlaması səsi onların ana dilinin vəznini təkrarlayır.
 
Araşdırmaçılar təyin ediblər ki, bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq ölkələrinə müvafiq ayırmaq mümkündür.
 
2. Boğazınızdakı səs aparatının içərisində nə baş verir?
 
Sizin səsinizin əmələ gəlmə prosesi döş qəfəsinizdən başlayır - nəfəs aldığınız havanı boğazınızdakı səs aparatına göndərdiyiniz zamandan.
 
Səs tellərindən hava axını keçəndə həmin tellər titrəməyə başlayır, nəticədə, cingiltili bir səs yaranır.
 
Bundan sonra çənə, dil və damağınızın yumşaq hissəsi hərəkətə gəlməklə səsiniz formalaşır.
 
3. Niyə səsiniz qalınlaşır?
 
Oğlanlarda yeniyetmə yaşlarında səs yoğunlaşır - çünki kişilərdə boğazın səs şöbəsi həmin dövrdə aşağı enir, boğazlarında xirtdək əmələ gəlir.
 
Səs şöbəsilə ağız arasında məsafə uzanır, nəticədə, kişilərin səsi daha yoğun çıxır.
 
Qadınlarda da oxşar proses amma daha zəif şəkildə, menopauza dövründə olur, nəticədə, onların səsi bir qədər yoğunlaşır.
 
4. Səsinizi xoşladığınız adamların səsinə oxşatmağ çalışırsınız
 
 Kimisə çox istəyirsinizsə, səsinizi də həmin adamın səsinə uyğun dəyişdirirsiniz.
 
Odur ki, kişinin xoşuna bir qadın gəlirsə, onunla söhbətləşəndə kişi öz səsini qadının səsinə uyğunlaşdırmağa, naziltməyə çalışır.
 
5. Səsiniz yellənməyə başlayır
 
İnsan yaşa dolduqca, onun əzələləri, səs telləri boşalır, nəticədə, yaşlı insan danışanda səs aparatından hava kənara sızır və danışıq səsinə nəfəs səsi də qarışır.
 
Eyni zamanda uzun cümlələrlə də danışmaq mümkün olmur, çünki, nəfəs çatmır .
 
Yaşlaşanda əzələlər boşaldığından, səsiniz yenidən nazilə bilər.
 
6. Səsiniz uzun zaman gənc qalır
 
Yaxşı xəbər odur ki, sizin səsiniz bədəninizdən daha yavaş sürətlə yaşlaşır.
 
Əgər siz kiminsə yaşını yalnız onun səsilə müəyyən etmək istəyirsinizsə, halların çoxunda siz səsini dinlədiyiniz adama olduğundan daha az yaş verəcəksiniz.
 
7. Səsinizin gümrah çıxmasını necə təmin etməli?
 
Yaşa dolduqca bədəniniz kimi, səsinizin də tellərini sağlam saxlamaq üçün vaxtaşırı məşq etdirməlisiniz.
 
Səs tellərinizi məşq etdirmək, dartışdırmaq üçün mahnılar oxumağa cəhd edin.
 
Daha bir variant xora yazılmaq ola bilər - həm səsiniz qaydasında olacaq, həm də əylənəcəksiz, insanlarla ünsiyyətdə olacaqsınız. /bbc/
 

Google+ WhatsApp ok.ru