Sərnişinin pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözlədi

Sərnişinin pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözlədi

Moskvada qırğızıstanlı taksi sürücüsü sərnişinin avtomobildə yaddan çıxardığı pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözləyib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində xanım sərnişinin özü yazıb.
 
Varya Bortsova səhər saat 5-də Moskvaya gəlib və evinə qədər taksi sifariş edib. Növbəti gün günorta saat 1-də yuxudan ayılanda, pul, sənədlər və bank kartları ilə birlikdə kisəsini taksidə yaddan çıxardığını aşkar edib.
 
O, dəstək xidməti vasitəsi ilə sürücünü tapmağa cəhd etsə də, cəhd uğurusuz olub. Onun atası pəncərədən həyətə baxanda isə blokun qarşısında taksi sürücüsünü görüb.
 
Taksi sürücüsü maşında pul kisəsini tapanda taksi parkının zəng mərkəzi ilə əlaqə yaradıb, lakin orada sürücüyə sərnişin barədə heç bir məlumatın qalmadığını bildiriblər. Sürücü sərnişinin binası qarşısında gözləmək qərarına gəlib və orada 8 saat olub.
 
Varya Bortsova mukafat şəklində sürücüyə gediş haqqının 5 qatı həcmində pul verib.
 

Google+ WhatsApp ok.ru