Səudiyyə Ərəbistanına ən çox silah satan ölkələrin adları açıqlandı

Səudiyyə Ərəbistanına ən çox silah satan ölkələrin adları açıqlandı

ABŞ, İngiltərə, Fransa və ...

2015-ci ildə Yəmənə təcavüz və hava zərbələri endirdikdən sonra bir sıra ölkələr Səudiyyə Ərəbistanı ilə bağlanan hərbi müqavilələrdən imtina etsə də Səudiyyə rejimi bu gün bir neçə ölkənin hesabına silah təminatını qarşıla bilir. 
 
Maide.Az "Sputnik" istinadən xəbər verir ki,"Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnistitutu" tərəfindən bu ölkəyə silah satan ölkələrin adı açıqlanıb.
 
İnistitutun məlumatına görə, Birləşmiş Krallıq tərəfindən 2016-cı ildə 843 milyon dollar dəyərində silah ixrac edilib. 2017-ci ildə isə bu rəqəmin yarıbayarı qalxdığını bildirilir. Hesabata görə, ötən il bu rəqəm 436 milyon dollar daha da artıb.
 
İnistitutun hesabatına görə, son 5 ildə Səudiyyə Ərəbistanına ən çox silah satan ölkə ABŞ olub.
 
"Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnistitutu"nun açıqlamasına görə, son illərdə Səudiyyə Ərəbistanını silahla təminatının 61 faizini ABŞ, 23 faizini isə Birləşmiş Krallqıların hesabına qarşılayır. Sonrakı yerdə isə Fransa və digər ölkələr qərarlaşıb.
 
Qeyd edək ki,  oktyabrın 2-sində jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının səfirliyində öldürülməsindən sonra bir sıra ölkələr bu ölkəyə silah satmaqdan imtina edib. Həmin ölkələr sırasında Danimarka, Finlandiyanın da adı var.
 
Xatırladaq ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.
 

 

Google+ WhatsApp ok.ru