Sərvət mənbələri

Sərvət mənbələri

İslam Peyğəmbəri (s) buyurmuşdur:

أُطْلُبُوا الرِّزْقَ فِي خَبَايَا الْاَرْضِ

“Ruzini yerin dərinliklərində axtarın.”

(“Nəhcül-fəsahə”, səh.63, hədis 323.)

Qısa izah

Qədim zamanlarda yeraltı mədən və torpağın dərinliklərində yerləşən qiymətli əşyaların dəyəri insanlar üçün əhəmiyyətli deyildi. Lakin İslam Peyğəmbəri (s) müsəlmanlara yerin dərin qatlarında axtarış apararaq yeraltı sərvətlər, eyni zamanda, onların maddi yaşayışlarına müsbət mənada təsir bağışlayan qiymətli məmulatları ixrac etmək göstərişi verdi. Peyğəmbər (s) tərəfindən atılan bu addım İslam dininin hərtərəfli bir din olduğu və “insanın yaşayışı”, “təlim-tərbiyəsi” və “şərəfli həyatı” və sairə kimi məsələlərə önəm verdiyini diqqətə çatdırır. İslami ölkələrin zəngin yeraltı sərvətlərə malik olmasına baxmayaraq, müsəlmanların fəqir və ehtiyaclı şəkildə həyat sürməsi, həqiqətən də, insanda təəssüf doğuracaq bir haldır. Bütün fiziki və mənəvi qüvvələrimizi işə salaraq, həmin sərvətlərin əldə edilməsinə çalışmaq lazımdır.

Hazırladı: Maide.az – Maarif bölməsi

 

 

 

Google+ WhatsApp ok.ru