Səudiyyə Ərəbistanı arakanlı müsəlmanları ölkədən çıxardır

Səudiyyə Ərəbistanı arakanlı müsəlmanları ölkədən çıxardır

Səudiyyə Ərəbistanı 250 arakanlı müsəlman kişini Banqladeşə göndərməyi planlaşdırır.
 
Maide.Az "FaktXeber"ə istinadən xəbər verir ki, bu barədə  Azad Rohingya Koalisiyasının kampaniya koordinatoru Nay San Lvin bəyan edib.
 
Səudiyyə Ərəbistanında arakanlı müsəlmanların çoxunun qalmaq üçün iznə sahib olduğunu vurğulayan  Nay, Ciddə şəhərində Şumasi mərkəzində saxlanılan şəxslərlə günahkar kimi davrandıqlarını deyib. Onun sözlərinə görə, saxlanılan şəxslər ölkədən çıxarıcağı təqdirdə onların həbs gözləyir. Buna görə Nay Səudiyyə rəhbərliyinə sözügedən qərarı ləğv etməyə çağırıb.
 
Nay həmçinin Ciddə aeroportuna  aparılmaq üçün hazırlanan  arakanlı  müsəlmanların görüntülərini də paylaşıb.
 

Google+ WhatsApp ok.ru