Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana rəsmi səfər edib, etirazlarla qarşılanıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana rəsmi səfər edib, etirazlarla qarşılanıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hava limanında vəliəhd şahzadəni Pakistanın baş naziri İmran xan qarşılayıb.
 
Daha sonra iki ölkə lideri baş nazirin iqamətgahına yollanıb. İki gün ərzində M.bin Salman Pakistan siyasətçiləri ilə, həmçinin Prezident Arif Alvi və Qərargah rəisi general Kamar Bacvu ilə də, görüşlər keçirəcək.
 
Səfər çərçivəsində tərəflərin müəyyən sənədlərin imzalayacağı gözlənilir.
 
Pakistandan sonra M.bin Salman Hindistan və Çini də ziyarət etmək niyyətindədir. Daha əvvəl nəzərdə tutulan Malayziya və İndoneziya səfərləri izah edilmədən təxirə salınıb.
 
Xarici KİV-lərin məlumatına görə,  bir neçə gündür ki,  Pakistan bir sıra şəhərləri, o cümlədən Ravialpindi şəhərinin əhalisi Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçirir.
 
Aksiya iştirakçıları Ərəbistan rejimini regionun məzlum xalqlarına qarşı hücumda günahlandırıb və onu pisləyiblər.
 
İctimai fəallar, tələbə təşkilatlarının üzvləri və digər ictimai təşkilatların üzvləri Səudiyyə Ərəbistanı, Amerika və sionist rejimin işğalçılıq siyasətləri əleyhinə şüarlar səsləndirib. Onlar Bin Salmanın Pakistana səfərini pisləyən plakatlar qaldırıblar və onu qatil, insan haqlarını pozan adlandırıblar.
 
 
 

 

Google+ WhatsApp ok.ru