Səudiyyə kralı ilə şahzadəsi arasında böhran olduğu iddia edildi

Səudiyyə kralı ilə şahzadəsi arasında böhran olduğu iddia edildi

Səudiyyə Ərəbistanında kral Salman ibn Əbdüləziz ilə oğlu vəliəhd şahzadə Məhəmməd ibn Salman arasında ciddi böhran olduğu iddia edilib.

Bu barədə "Guardian" Riyaddakı mənbələrinə istinadən xəbər verib.

"Guardian"ın xəbərinə görə, krala müşavirləri tərəfindən ona qarşı həmlə ola biləcəyinə dair xəbərdarlıq edilib.

Bundan sonra kralın komandası şahzadə ibn Salmana sadiq olduğu bildirilən 30 nəfərlik təhlükəsizlik qrupunun hamısını dəyişdirib.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru