Səudiyyə rejimi Qətifə yenə hücum edib 15 Mart 2019 12:19 Dünya Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri və baş istintaq orqanları ölkədə şiələrin sıx yaşadığı Qətif şəhərinə hücum ediblər. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Əl-Cəzirənin verdiyi xəbərə əsasən, Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Qətifin şimalındakı Səfəvi bölgəsində əsassız həbslər və region əhalisi arasında qorxu yaratmaq üçün hücum ediblər. Yerli mənbələrin bildirdiyinə görə, Səudiyyə rejiminin polisinin zirehli maşınlarının Səfəvi bölgəsinin İmam Əli (ə) küçəsində içərisində təkcə qadınlar və uşaqlar olan binaya hücum ediblər. Baxmayaraq ki, bu yaşayış evinin bütün sahibləri ötən həftə heç bir səbəb olmadan həbs olunublar. Yerli mənbələrdən biri Əl-Cəzirəyə açıqlamasında belə qeyd edib: “Bu rayonda reyd vaxtı 3 qardaş (Heydər Abbas Əl-Hani, Əli Abbas Əl-Hani və Əhməd Abbas Əl-Hani) və onların dayısı Əhməd Abdullah Əl-Həy, eləcə də məşhur biznesmen Əli Əl-Həyin qardaşı Əhməd Abdulla Əl-Həyi həbs ediliblər. Mənbə həbslərin hər hansı qanuna və cinayətə istinad etmədən edildiyini bildirib. O, həbslərin Ali Səud rejiminin rəqiblərini və onların ailələri və yaxınlarına qarşı qisas aldığını göstərdiyini qeyd edib. Məlumata görə, həbs olunanların yaxınları indiyə qədər həbs edilən ailə üzvlərinin saxlanılma yeri və şəraiti barədə heç bir məlumata malik olmadıqlarını və onların həyatlarına görə narahat olduqlarını bildirirlər. Teqlər : #Səudiyyə,#rejimi,#Qətifə,#yenə,#hücum,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-2 (VİDEO) Dünyanın miqrant əhalisinin 51 faizi 18 ölkədə yaşayır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO