Səudiyyə Ərəbistanı Suriya xalqının Həccə getməsinə maneə törədir

Səudiyyə Ərəbistanı Suriya xalqının Həccə getməsinə maneə törədir

Səudiyyə Ərəbistanı Suriya vətəndaşlarının Həcc ziyarətinə getməsinə maneçilik törədir.

Bu barədə Suriyanın vəqflər naziri açıqlama verib.

Suriyanın vəqflər naziri Məhəmməd Əbdülsəttar əl-Sayed verdiyi açıqlama zamanı bildirib ki, Səudiyyə rəsmiləri suraiyalıların Həcc ziyarətində iştirak etməsinə maneçilik törədir: 

"Səudiyyənin bu addımı siyasi xarakerlidir. Bu hərəkət dini, mənəvi və beynəlxalq cinayətdir. Suriyalıların Həcc ziyarətinə getməsinə icazə vermək üçün Səudiyyə tərəfindən heç bir addım atılmayıb".   

O, həmçinin qeyd edib ki, Suriya Xarici İşlər Nazirliyi bir neçə məktub göndərib, lakin, təəssüf ki, indiyədək bunun üçün İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Birliyi və digər təşkilatlar heç bir səy göstərməyib. /eastnews.org/

Google+ WhatsApp ok.ru