Səhiyyə Nazirliyi zəlzələ ilə bağlı məlumat verdi

Səhiyyə Nazirliyi zəlzələ ilə bağlı məlumat verdi

Xəbər verdiyimiz kimi bazar günü respublikanın şimal-qərb bölgəsində, Balakən, Zaqatala və Qax rayonunda zəlzələ olub.
 
Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı olaraq xəstəxanalara müraciətlər daxil olmayıb: "Zəlzələ həmin ərazilərdə yerləşən xəstəxanalarda da hiss olunmayıb".
 
Xatırladaq ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində qeydə alınmışdı.
 
Yeraltı təkanlar ətraf rayonlarda, o cümlədən Azərbaycanın şimal-qərb bölgəsində 3 bala qədər hiss olunub.
 
Qeyd edək ki, zəlzələnin episentrində yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 15 km olub.
 ml

Google+ WhatsApp ok.ru