Səudiyyədəki edamla bağlı etirazlar böyüyür: Aksiya çağırışı

Səudiyyədəki edamla bağlı etirazlar böyüyür: Aksiya çağırışı

Səudiyyə Ərəbistanında 37 nəfərin edam edilməsi, dünya ictimaiyyəti tərəfindən birmənalı qarsalanmayıb. 
 
Maide.Az xəbər verir ki, artıq neçə gündür  müxtəlif təşkilatlar, beynəlxalq qurumlar hadisə ilə bağlı sərt reaksiyalar  verir. Ayrı-ayrı böyük islam alimləri, ruhanilər, ictimaiyyət nümayəndələri Səudiyyə Ərəbistanının bu vəhşi addımını pisləyir. 
 
Digər tərəfdən Türkiyə “Şafak40 komitəsi” aprel ayının 28-də İstanbulda Səudiyyə Ərəbistanın konsulluğu önündə aksiya çağırışı edib. 
 
Aksiyanın təşkilatçıları “Bu vəhşi cinayətlərə etiraz edək” şüarı ilə  hər kəsi  Səudiyyə Ərəbistanı konsulluğunun önünə dəvət edib. 
 
Qeyd edək ki, dünyanın bir çox ölkələrində etirazlar  davam edir. 
 
Xatırladaq ki,  aprel ayının 23-də Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi "terrorçuluq" ittihamı ilə şiə siyasi fəallar da daxil olmaqla, ümumilikdə 37 nəfərin edam olunduğunu açıqlayıb.
 
Məlumatda qeyd olunub ki, həmin vətəndaşlar Ər-Riyad, Məkkə, Mədinə, şiə müsəlmanlarının yaşadığı Şərq vilayəti və Əsir vilayətində edam ediliblər. 
 
Edam edilənlərdən 27 nəfər 2011-ci ildə Qətifdə Ali Səud rejiminin Bəhreyndə dinc etirazları yatızdırmaq üçün hərbi müdaxilə etməsinə qarşı etiraz aksiyalarında iştirak edənlərdilər.
 
Edam edilən 37 nəfərdən biri edam edildikdən sonra çarmıxa çəkilib. Edam edilən şəxslər arasında şiə din xadimi və ruhanilər də var.
 

Google+ WhatsApp ok.ru