Səfir: 'İran Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində tərəqqi olacağına ümid edir'

Səfir: 'İran Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində tərəqqi olacağına ümid edir'

"İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib".

Maide.Az bikdirir ki, nunu "Report"a İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşdən sonra deyib.

"Görürük ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini siyasi, sülh yolu ilə həll etmək istəyir. Heç kim regionda münaqişə olmasını istəmir. İnsanların ölümünü və problemlərini nəzərə alaraq, bu məsələdə Azərbaycanın siyasətinin doğru olduğu başa düşürük. Danışıqlar prosesində tərəqqi olacağına ümid edirik", - səfir bildirib.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan İranın xarici siyasətində son dərəcə vacib yer tutur: "Bu kontekstdə belə görüşlər çox vacibdir. Daha sıx əlaqələr və təcrübə mübadiləsi üçün onların sayını artırmaq lazımdır. Azərbaycanı sıradan qonşu yox, qardaş ölkə hesab edirik".

Google+ WhatsApp ok.ru