Səudiyyəyə Ərəbistanına silah satışına qadağa qoyuldu - İngiltərədə

Səudiyyəyə Ərəbistanına silah satışına qadağa qoyuldu - İngiltərədə

İngiltərənin Kassasiya Məhkəməsi  Səudiyyə Ərəbistanına silah satışının qanunlara zidd olduğuna dair qərar çıxarıb.
 
Maide.Az “dunyabulteni”ə istinadla xəbər verir ki, Məhkəmə Beynəlxalq Ticarət Nazirliyinin beynəlxalq humanitar qanunların pozulmasını araşdırmadan Səudiyyə Ərəbistanına silah satışına icazə verməsini ağılsızlıq və hüquqa zidd kimi qiymətləndirib.
 
Qeyri-hökumət təşkilat olan "Silah Satışına Qarşı Kampanya"nın müraciətini qiymətləndirən Kassasiya Məhkəməsi Səudiyyə rejiminə silah satışını qanuna zidd sayıb.
 
Ər-Riyad və ona müttəfiq qüvvələrin ölkədə apardıqları işğalçı müharibəsinə dəstək olan və Səudiyyə Ərəbistanına  silah satan ölkələrdən biri də İngiltərədir.  MƏhkəmənin bu qərarı ilə silah satışı dayandırılması gözlənilir. 
 
Qeyd edək  ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  
 
Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 

Google+ WhatsApp ok.ru