Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənə zərbələr endirdi

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənə zərbələr endirdi

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin Taiz vilayətində mülki vətəndaşların evlərinə aviasiya zərbələri endirib.   

Məlumata əsasən, aviazərbələr nəticəsində 8 mülki vətəndaş həyatını itirib, 3 nəfər isə yaralanıb. Həyatını itirənlər bir ailənin üzvüdür.   

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.  /eastnews.org/

Google+ WhatsApp ok.ru