Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirir

Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirir


Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə ABŞ hərbi kontingentinin yerləşdirilməsinə hazırdır.

Maide.Az Trend-ə  istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Amerika qüvvələrinin krallığın ərazisində yerləşdirilməsi regionda təhlükəsizliyin və sabitliyin, eləcə də sülhün təminatında birgə əməkdaşlığın səviyyəsinin artırılması üçündür".

Xatırladaq ki, ABŞ öz hərbçilərini Səudiyyə Ərəbistanından 2003-cü ildə çıxarıb.

Google+ WhatsApp ok.ru