Səudiyyə Ərəbistanı Rusiya üçün Həcc ziyarəti kvotasını 5 min nəfər artırıb

Səudiyyə Ərəbistanı Rusiya üçün Həcc ziyarəti kvotasını 5 min nəfər artırıb

2019-cu ildə Rusiyadan təxminən 25 min müsəlman Həccə  gedəcək. 
 
Maide.Az "islam.ru"a istinadən xəbər verir ki, belə ki Səudiyyə Ərəbistanı rusiyalılar üçün kvotanı daha 5 min artırıb. Sənədləri toplayan zəvvar başçılarının məlumatına görə  yerlər tamamən dolub. 
 
Ziyarətə gedəcək müsəlmanların əksəriyyəti Şimali Qafqaz bölgəsinin sakinləridir. 
 
Ümumiyyətlə Rusiyanın 64 əyalətinidən zəvvarlar Məkkəyə yola düşəcək. 
 
Onlardan 2000-dən çoxu nəfəri Moskvada yaşayır.  Sayına görə Dağıstan, Çeçenistan, inquşetiya, Tatarıstan, Başqırdıstan Həcc ziyarətinə gedəcək zəvvarların sayına görə liderlik edir.

Google+ WhatsApp ok.ru