Sənədləşmə gələn ilə qaldı

Sənədləşmə gələn ilə qaldı

"Bizimyol.info"da "Gələn ildən qeydiyyatsız evlər sənədləşdiriləcək" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif sənədləşdirilməmiş evlər sahəsindəki vəziyyət və görülən tədbirlər barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) əməkdaşları ilə söhbətini təqdim edir.
 
Müəllif deyir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) rəsmi məlumatına görə, Azərbaycanda 600 min sənədləşdirilməmiş ev mövcuddur, bu evlərin 450 mini Bakı və Bakıətrafı qəsəbələrin, yerdə qalan 150 mini bölgələrin payına düşür.
 
Yazı müəllifi vurğulayır ki, 650 min evin sənədləşdirilməsi bu orta hesabla ən azı bir miyon nəfərdən çox insanın taleyi deməkdir.
 
Müəllif bu evlərin təsnifatını da verir: "Sənədsiz evlərdən 70 mini xüsusi təhlükəli ərazilərdə tikilib. Bura dövlət əhəmiyyətli neft buruqları, su, qaz, elektrik, dəmir yolu, magistral xətlərinin yaxın çevrəsi, palçıq vulkanı zonaları aiddir.
 
Həmçinin aqrar sektora yararlı ərazilərdə tikilən sənədsiz evlər də mövcuddur. Bu yerlərdə evlərin inşası qanunla qadağandır.Lakin artıq 30 ilə yaxındır insanlar bu evlərdə yaşayır, bir nəsil yetişib. Hətta yaşı 50-60 il olan sənədsiz evlər də mövcuddur",- müəllif ümumi mnzərəni təqdim edir.
 
Müəllifin deməsinə görə, Komitədən sayta bidiriblər ki, artıq sənədsiz evlərin sənədləşdirilməsi üçün yeni konsepsiya hazırlanıb.
 
Yazıda vurğulanır ki, dövlət başçısının sərəncamı ilə Komitə sənədsiz evlərin uçota alınması ilə bağlı fəaliyyətə başlayıb, amma sənədsiz evlərin sayının çoxluğu nəzərə alınarsa uçotun aparılması az müddət təşkil etməyəcək.
 
Komitədən deyilənə görə, bunun üçün işçi qruplar və komitənin əsas məlumat bazası olan elektron sistem yaradılıb və bu sistem ilin sonuna qədər tam hazır olacaq.
 
Müəllif komitənin mətbuat xidmətinin rəbəri Qulu Xəlilova istinadən deyir ki, artıq gələn ildən sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq: "Sənədsiz evlərin sənədləşdirilməsi məsələsində Türkiyə və Rusiyanın təcrübəsi öyrəniləcək. Təhlükəli zonada olan və olmayan evlərə fərqli yanaşılacaq. Öncə təhlükəsiz ərazilərdə olan evlər sənədləşdiriləcək.Təhülkəli zonalarda yerləşən evlərə dair isə ola bilsin ki, əmlak amnistiyasından istifadə edilsin".
 
Q.Xəiliovun sayta dediyinə görə, Rusiyada olduğu kimi simvolik ödəniş tətbiq ediləcək və bunun müqabilində mülkiyyət çıxarışı veriləcək: "Təhülkəli ərazilərdə olan evlərin yanında elektrik, qaz xəttinin yerini dəyişmək mümkün olsa ev köçürülməyəcək. Çox təhlükəli ərazilərdə neft buruqları arasında yerləşən evlər isə kompensasiya müqabilində köçürüləcək. Aqrar yararlı zonada yerləşə evlərin sayı çox olsa həmin ərazidə aqrar yararlı torpaq statusu ləğv ediləcək".
 
Xatırladaq ki, bu ilin fevralında hündürmərtəbəli binaların istismara verilməsinin asanlaşdırılması barədə fərman imzalanıb. Həmin fərmanda sənədsiz tikilən fərdi evlərin də sənədləşdirilməsi yer alır və bununla bağlı komissiyalar yaradılıb.
 

Google+ WhatsApp ok.ru