Səudiyyə Ərəbistanında şirin su probleminin həlli üçün elektrik stansiyası yaradılır

Səudiyyə Ərəbistanında şirin su probleminin həlli üçün elektrik stansiyası yaradılır

Səudiyyə Ərəbistanından bir qrup tədqiqatçı, enerji ilə bərabər su istehsal edən günəş elektrik stansiyasının prototipini hazırlayıblar.
 
Maide.Az xəbər verir ki, "Business Insider" nəşrinin məlumatına görə, kral Abdulla adına Elmi - Texnoloji Universitetin tədqiqatçılarının hazırladığı prototip unikaldır,  belə ki, o şirin suyu istehlak etmək əvəzinə, onu yenidən ətraf mühitə qaytarır.
 
Məlum olduğu kimi, termoelektrik elektrostansiyalar gün ərzində milyardlarla litr şirin su istehlak edir və bu zaman onun milyonlarla litri geri qayıtmır. 
 
Alimlər tərəfindən təklif edilmiş qurğu hələ ki, yalnız prototip şəklində mövcuddur. Tədqiqatçıların fikrincə qurğu suyu duzdan təmizləyir və su ehtiyatlarının məhdud olduğu ərazidə xüsusilə faydalı olacaq. 
 
Günəş şuasının təsirindən element elektrik enerji və istilik yaradır. Lakin, istiliyi atmosferə geri qaytarmaq əvəzinə, onu duzsuzlaşdırma prosesini həyata keçirən disitilyatora yönəldir.
 
Suyun keyfiyyətini yoxlamaq üçün tədqiqatçılar duzsuzlaşdırma qurğusunu qurğuşun, mis və maqnezium kimi ağır metallara malik duzlu su ilə dolduracaq. Qurğu suyu buxara çevirərək, plastik membran vasitəsilə duz və çirkdən təmizləcək.
 
Sonda Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su alınacaq. 
 
Qeyd edək ki, şirin su problemi bu gün dünyada aktual sosial iqtisadi problemə çevrilmişdir.  Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur isə Malayziyadan tankerlərlə içməli su alır. Səudiyyə Ərəbistanı daimi çaylara və ya su mənbələrinə malik deyil, müvəqqəti axınlar yalnız intensiv yağışlardan sonra yaranır. Onlar şərqdə xüsusilə boldur. Əl-Hasada oazisləri suvaran çoxlu bulaqlar, qrunt suları səthə yaxın və vadilərin altında yerləşir. Su təmini problemi dəniz suyunun duzdan təmizlənməsi üzrə müəssisələrinin inkişafı vasitəsilə, dərin quyuların və artezian quyularının qazılması ilə həyata keçirilir.

Google+ WhatsApp ok.ru