Səudiyyə Ərəbistan ilk dəfə turist vizalarını verməyə başlayır

Səudiyyə Ərəbistan ilk dəfə turist vizalarını verməyə başlayır

Səudiyyə Ərəbistan ilk dəfə 49 ölkədən gələn əcnəbilər üçün turist vizaları tətbiq edəcək.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, krallıq üçün viza onlayn şəklində müraciət edərək 80 dollara əldə etmək mümkün olacaq, halbuki turistlər üçün Məkkə və Mədinə ziyarətgahlarına giriş məhdudlaşdırılacaq. Vətəndaşların turist vizası ala biləcək ölkələrin tam siyahısı cümə günü daha sonra dərc olunacaq.
 
Krallıqda mövcud olan spirt içkilərin istifadəsinin qadağanın turistlərə də şamil ediləcəyi qeyd olunur.  
 
Krallıq 2030-cu ilə qədər ildə 30 milyon ziyarətçi səviyyəsinə çatmağı planlaşdırır. İndi bu rəqəm 16 milyondur aralarında turist yoxdur, amma yaxın gələcəkdə Səudiyyə Ərəbistan hər il 47 milyard dollarlıq turizm sahəsindən gəlir gözləyəcəyini söyləyib.
 

Google+ WhatsApp ok.ru