Sərnişin qatarında YANĞINDA ölənlərin sayı artır - 62 nəfər - YENİLƏNİB

Sərnişin qatarında YANĞINDA ölənlərin sayı artır - 62 nəfər - YENİLƏNİB

Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
 
Trend-in məlumatına görə, daha öncə yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında 10 nəfərin öldüyünü, lakin ölü sayının artacağını istisna etməmişdi. Qəza nəticəsində yaralıların sayı isə onlarla qeyd edilir.
 
***
 
Pakistanda sərnişin qatarında güclü yanğın olub.
 
Bu barədə "Geo TV" Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
 
Məlumata görə, hadisə zamanı azı 25 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb. 
 
Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub. Digər məlumatlarda ölənlərin sayının 13 nəfər olduğu bildirilir.
 
Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş.  /Report
 

Google+ WhatsApp ok.ru