Sərnişinlərin nəzərinə: Bakıda gediş haqqları yenə dəyişdirilir - Video

Sərnişinlərin nəzərinə: Bakıda gediş haqqları yenə dəyişdirilir - Video

Bakıda nəqliyyat vasitələrində gediş haqqları dəyişə bilər. 
 
“Yeni Sabah” xəbər verir ki, dünən “Hər şey daxil” verilişinin qonağı olan  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bu barədə danışıb. 
 
Tarix Əliyev (Tolik) “Məktəbə gedən uşaq 5-6-cı sinfə qədər yolpulu verməməlidir” – deyə təklif irəli sürüb. Buna cavab olaraq BNA-nın mətbuat katibi qurumun yalnız icraedici orqan olduğunu, belə bir səlahiyyətinin olmadığını deyib:
 
“Ümumiyyətlə, ilin axırında kartlaşma tam yekunlaşandan sonra, bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Səhər pik saatların qiyməti ayrı ola bilər və yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan bunun üçün müəyyən güzəştlər ola bilər. Dünya təcrübəsində də belə şeylər var. Bu yeni kəşf deyil, bunu biz Bakı şəhərinə uyğunlaşdırıb tətbiq edirik”. 
 

Google+ WhatsApp ok.ru