Səudiyyə Ərəbistanı Özbəkistandan olan zəvvarları ölkəyə buraxmadı - Səbəb

Səudiyyə Ərəbistanı Özbəkistandan olan zəvvarları ölkəyə buraxmadı - Səbəb

Ümrə ziyarəti etmək niyyətində olan 14 Özbəkistan müsəlmanından ibarət bir qrupun Səudiyyə Ərəbistanına girməsinə icazə verilməyib.
 
Maide.Az "islam.ru" a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Nazirlər Kabineti yanında Dini İşlər Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, dindarların vizalarının saxta olduğu ortaya çıxıb. 
 
Məlum olub ki, zəvvarların gedişi Əndican vilayətində yerləşən turizm agentliklərindən biri tərəfindən təşkil olunub.
 
“Agentlik Ciddə şəhərində sərhədçilər tərəfindən aşkar edilən Səudiyyə Ərəbistanının saxta vizalarını hazırlayıb. Vizalar ləğv edildi və 14 vətəndaş Özbəkistana deportasiya edildi" deyə məlumatda bildirilir.
 
Dini İşlər Komitəsi, vətəndaşları fırıldaqçıların hiylələrinə aldanmamağa və zəvvarların səfərlərini təşkil edən rəsmi qurumlara müraciət etməyə çağırıb.
 

Google+ WhatsApp ok.ru