Səudiyyə koalisiyasının Yəmənli uşaqların qətli ilə bağlı dəhşətli statistika

Səudiyyə koalisiyasının Yəmənli uşaqların qətli ilə bağlı dəhşətli statistika

Yəmən Səhiyyə Nazirliyinin nümayəndəsi bazar günü Səudiyyə koalisiyasının hava hücumları nəticəsində ən az 800 yəmənli uşağın əlil olduğunu söyləyib. Maide.Az xəbər verir ki, Yusif əl-Xəzeri bu uşaqların çoxunun hərəkət qabiliyyətini tamamilə itirdiyini söyləyib. Yəmən Səhiyyə Nazirliyinin sözçüsü, Səudiyyə koalisiyasının hücumları və Yəmənin mühasirəsi səbəbindən beş yaşına qədər üç milyona yaxın uşağın aclıqdan əziyyət çəkdiyini də qeyd edib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) bu yaxınlarda Yəməndəki humanitar vəziyyəti “fəlakətli” adlandırdı və Yəmənin səhiyyə sisteminin Səudiyyə koalisiyasının hücumları səbəbindən məhv edildiyini bildirib. Yəməndə təcili humanitar yardıma ehtiyacı olan 11 milyona yaxın uşaq var. Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdi və ona qurudan, dənizdən və havadan blokada tətbiq etdi. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub. Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub.

Google+ WhatsApp ok.ru