Səudiyyə təyyarələri yenidən Sanaa şəhərini bombaladı 31 Yanvar 2020 14:52 Yəmən Səudiyyə Ərəbistanı hərbi hava qüvvələri bu gün Yəmənin Sanaa şəhərini bombalayıb. Bu barədə "Al-Masirah" telekanalı məlumat yayıb. Məlumata görə, Səudiyyə rejimi Sanaa şəhərinin Atan bölgəsinə aviazərbələr endirib. Hücum nəticəsində ölən və yaralananlar barədə ətraflı məlumat verilməyib. Xatırladaq ki, bəzi ərəb ölkələri ilə birlikdə yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səudiyyə koalisiyası ABŞ-ın dəstəyilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500 mindən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səudiyyə koalisiyasına qarşı mübarizə aparır. /eastnews.org/ Teqlər : #Səudiyyə,#təyyarələri,#yenidən,#Sanaa,#şəhərini,#bombaladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə Trampın Fələstin planına qarşı izdihamlı mitinqlər keçirilib BMT-nin koordinatoru Səudiyyə koalisiyasının Yəmənə endirdiyi aviazərbələri bəraət qazandırılması mümkün olmayan faciə adlandırıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'