Səudiyyə və Rusiya arasında neft mövzusunda razılaşma gözlənilir

Səudiyyə və Rusiya arasında neft mövzusunda razılaşma gözlənilir

Yaxın günlərdə Səudiyyə və Rusiya arasında neft mövzusunda razılaşma gözlənilir

 
Maide.Az "Reuters"ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Rusiyanın yaxın bir neçə gündə neft hasilatı mövzusunda razılaşma əldə edəcəyini gözlədiyini söyləyib.
 
"Düşünürəm ki, yaxın bir neçə gün ərzində bunun üzərində işləyəcəklər. Nə etməli olduqlarını bilirlər", - deyə Tramp Ağ Evdəki mətbuat konfransında bildirib.
 
O qeyd edib ki, dünyadakı neft sənayesi neftin qiymətindəki çöküşdən əziyyət çəkir və əlavə edib ki, neft sənayesini "olduğu yerə" qaytarmaq istəyir:
 
"Düşünürəm ki, bu problemi həll etmək üçün nə etmək lazım olduğunu bilirəm. Böyük neft şirkətlərimizi itirmək istəmirik."
 
Qeyd edək ki, neft qiymətləri ABŞ-ın enerji müstəqilliyini təhdid edəcək səviyyələrə çatıb. ABŞ-ın şist şirkətləri bazardan çıxmaq təhlükəsi ilə üzləşib.
 
"Düşünürəm ki, Rusiya ilə Səudiyyə Ərəbistanı yaxın vaxtlarda hansısa məqamda razılaşacaqlar. Çünki Rusiya üçün də, Səudiyyə Ərəbistanı üçün də çox pisdir", - deyə Tramp bildirib. O əlavə edib ki, son günlər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Rusiya prezidenti Vladimir Putin ilə danışıb.
 
Xatırladaq ki, neft qiymətləri OPEC + danışıqlarının uğursuzluğundan sonra 18 illik minimuma düşüb. Rusiya, OPEC + sazişi çərçivəsində istehsalın artırılması təklifini rədd edib. Bunun ardınca Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft bazarının bir hissəsi üçün qiymət müharibəsi başlayıb. Trampın bu açıqlamasından sonra isə neftin qiymətində qəfil artım olub. Brent markalı neft 6,55% bahalaşaraq, 1 barelə görə 26,36 dollar təşkil edib.

Google+ WhatsApp ok.ru