Səudiyyə şahzadələri karantinə alındılar, Kralın səhhəti barədə məlumat yoxdur

Səudiyyə şahzadələri karantinə alındılar, Kralın səhhəti barədə məlumat yoxdur

"New York Times" qəzeti paytaxtdakı kral xəstəxanasına yaxın iki həkim və sülalə içindən iki fərqli mənbəyə istinadən xəbər verir ki, 6 həftə əvvəl ilk koronavirus yoluxmasının qeydə alındığı Səudiyyə Ərəbistanında Riyad valisi Feysəl bin Bəndər bin Əbdüləziz Səudun da olduğu 150 Səud xanədanı üzvü koronavirusa yoluxub.

 
Maide.Az-ın məlumatına görə, Qəzet yazır ki, paytaxtdakı Kral Fetsəl Xəstəxanasına "təcili" qeyd ilə gələn təlimatda, "ölkə daxilində əhəmiyyətli simalar üçün təlimatların gözlənməsi, nə qədər yoluxmanın olduğunun hələlik bilinmədiyi, ancaq xroniki xəstələrin xəstəxanadan təxliyə edilməli" olduğu deyilrir. Bundan əlavə, müalicə olunan xəstəxana işçilərinin kral üzvlərinə yer verilməsi üçün başqa xəstəxanaya köçürüləcəyi də bildirilir.
 
Qəzetə açıqlama verən həkimlər, kral ailəsindəki minlərlə şahzadənin Avropaya tez-tez səyahət etdiklərini və virusu orada yoluxduqlarını söyləyib.
 
Epidemiyadan əvvəl sağlamlığı ilə bağlı çoxsaylı müəmmalar olan 84 yaşlı Kral Salman bin Əbdüləzizin Qırmızı dəniz sahilindəki Ciddə şəhəri yaxınlığındakı sarayda karantinə alındığı və vəliəhd şahzadə Məhəmməd bin Salmanın da bəzi nazirlərlə birlikdə bu bölgəya yaxın yerdə saraydan çıxmadığı bildirilir.
 
Səudiyyə Ərəbistanında həkimlərin verdiyi məlumata görə, ölkənin 33 milyonluq əhalisinin üçdə birini təşkil edən xarici miqrant işçilər epidemiya təhlükəsi ilə üzbəüzdürlər.

Google+ WhatsApp ok.ru