Səudiyyə OPEK+ ölkələrinin tarixi razılaşmasının ilk maneəsini açıqlayıb 10 Aprel 2020 14:25 Xəbərlər Səudiyyə Ərəbistanı Meksikanı da OPEK+ razılaşmasına əməl etməyə çağırıb. Ölkənin enerji naziri şahzadə Əbdüləziz bin Salman OPEK+ ölkələrinin hasilatın azaldılması ilə bağlı ötən günkü tarixi razılaşmasının həyata keçirilməsi üçün Meksikanın da anlaşmaya əməl etməsini tələb kimi irəli sürüb. O bildirib ki, bu anlaşmanın həyata keçirilməsinin şərti Meksikanın da bu razılaşmaya qayıtmasıdır. Qeyd edək ki, ötən gün Azərbaycan da daxil olmaqla OPEK+ ölkələri qara qızılın qiymətində sabitliyin əldə edilməsi üçün gündəlik hasilatı azı 10 milyon barel azaldıblar. Təkcə Azərbaycan payına düşən miqdardan 160 min barelini azaldıb. /SalamNews Teqlər : #Səudiyyə,#OPEK+,#ölkələrinin,#tarixi,#razılaşmasının,#ilk,#maneəsini,#açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda İŞİD hücumu: 3 ölü, 5 yaralı Jurnalist Natiq İsbatov 30 sutka həbs cəzası aldı