Səudiyyə koalisiyası Yəməndə kəndlərə hücum etdi

Səudiyyə koalisiyası Yəməndə kəndlərə hücum etdi

Yəmənin Ənsarullah Hərəkatına məxsus tvitter səhifəsində bildirilir ki, Səudiyyə koalisiya qüvvələri Yəmənin sərhəd kəndlərinə raket və artilleriya vasitəsi ilə hücum edib.
 
Maide.Az xəbər verir ki, əsas hücum obyekti Səda əyalətindəki sərhəd kəndləri olub.
 
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadinin buna etiraz edən xalqa qarşı zorakılığından sonra ölkə boyu kütləvi aksiyalar başlamışdı. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarını yerinə yetirməməyi tələb edirdi. Uzunmüddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 25 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Google+ WhatsApp ok.ru