Səudiyyə Ərəbistanı Yəmənlə müharibəni niyə bitirə bilmir?

Səudiyyə Ərəbistanı Yəmənlə müharibəni niyə bitirə bilmir?

Səudiyyə Ərəbistanı 9 apreldə Yəməndə iki həftəlik atəşkəsə əməl edəcəyini açıqladı. Bu iki həftəlik atəşkəs müddəti aprelin 23-də başa çatdı. Ancaq Əl-Səud bir neçə saat olsa belə, bu atəşkəs rejiminə əməl etməyib. Koronavirusun dünya miqyasında yayılmasından sonra ölkələr arasında və vətəndaş müharibələrinə görə koronavirus pandemiyası qorxusu da artmağa başlayıb.
 
Maide.Az "parstoday"a istinadla xəbər verir ki, bu çərçivədə, BMT baş katibi Antonio Quterres koronavirusla mübarizə üçün qarşıdurmaların və müharibələrin dayandırılmasını tələb etdi.
 
Səudiyyə Ərəbistanının Yəmən bataqlığından çıxması üçün "qızıl fürsət" sayılan bu çağırışa Riyad müsbət yanaşdı və 9 apreldə Yəməndə birtərəfli qaydada atəşkəs elan edildi. Ancaq bu atəşkəsə bir neçə saat belə əməl etmədi. Burada ortaya çıxan sual, "Səudiyyə Ərəbistanının niyə birtərəfli atəşkəsə əməl etməməsidir".
 
Görünən budur ki, bu suala ən yaxşı cavab Səudiyyə Ərəbistanının nəticəsiz müharibə ilə bağlı narahatlığıdır. Əslində, nəticəsiz və faydasız bir müharibə Səudiyyə Ərəbistanı üçün fərqli səviyyələrdə fərqli təsir göstərir.
 
Birinci səviyyə fərdi səviyyədir. Bu çərçivədə Yəmən müharibəsi Səudiyyə şahzadəsi Məhəmməd bin Salman üçün böyük əhəmiyyət daşıyır. Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının müdafiə naziri vəzifəsinə 2015-ci ildə təyin edilmiş və bu krallıq kreslosuna oturmaq yönündəki ilk addımında 26 mart 2015-ci ildə Yəmənə qarşı müharibəyə başlamışdır. Görünür Bin Salmanın bu müharibədən gözlədiyi nəticə Yəmənin istefa vermiş prezidenti Mənsur Hadinin yenidən paytaxt Sanaya gətirilməsi idi. Ancaq əsl məqsədi Səudiyyə Ərəbistanının kral taxtında oturmaq istedadlarını göstərmək idi. Bu müharibənin başlamasından 5 il keçdi və nə aydın məqsəd, nə də həqiqi hədəf reallaşmadı. Heç bir nəticə vermədən Yəməni tərk etmək Bin Salman üçün böyük bir məğlubiyyətdir və Səudiyyə Ərəbistanı hökumətindəki mövqeyini daha da zəiflədə bilər. Bin Salman kral taxtında otursa da, yenə də müəyyən dərəcədə nüfuzunu itirəcəkdir.
 
İkinci səviyyə milli səviyyədir. Kral Salman və oğlunun hakimiyyətə gəlməsi ilə Səudiyyə Ərəbistanın xarici siyasəti praktik olaraq mühafizəkarlıqdan aqressivliyə və hücuma keçdi. Beləliklə Riyad xarici siyasətində yeni bir dövr başladı. Daha əvvəl Ali-Səud digər ərəb ölkələrinin daxili işlərinə qarışırdı. Ancaq heç bir ərəb ölkəsi ilə birbaşa savaşmamışdı. İndi Səudiyyələrin Yəməndən nəticəsiz çıxması Səudiyyə Ərəbistanının xarici siyasətinin erkən məğlubiyyəti deməkdir.
 
Üçüncü səviyyə regional səviyyədir. Yəmən müharibəsini nəticə almadan bitirmək Səudiyyə Ərəbistanının hərbi və siyasi nüfuzunu şübhə altına almaq deməkdir. Səudiyyə Ərəbistanı siyasi cəhətdən müsəlmanların, xüsusən əhli-sünnənin lideri olduğunu iddia edir. Buna paralel olaraq, Səudlar böyük silah alışı ilə Amerika və Çindən sonra ən böyük hərbi büdcəsi olan ölkə kimi ərəb dünyasının ən böyük hərbi gücü sayıldığını göstərir. Ərəb dünyasının ən kasıb ölkəsi olan Yəmən müharibəsindən məğlub çıxmaq Qərbi Asiya bölgəsində Ər-Riyad üçün böyük bir hərbi və siyasi məğlubiyyətdir. Digər tərəfdən, Ali-Səud bunun Səudiyyə Ərəbistanının regional mövqeyinə və ərəb dünyasındakı mövqeyinə mənfi təsir göstərəcəyindən narahatdır.
 
Belə bir vəziyyətdə Səudiyyə Ərəbistanının Yəmən bataqlığına ilişdiyini və axmaq duruma düşdüyünü söyləmək olar. Yəmənin "Əl-Məsirə" kanalının siyasi proqramlar direktoru Həmid Rızk bildirir ki, Səudiyyə Ərəbistanı nə sülh çağırışlarına real cavab verə bilmir, nə də hücum və müharibəni davam etdirmək gücündə deyil.
 

Google+ WhatsApp ok.ru