Səudiyyədə 18 yaşdan kiçik şəxslərin edam cəzası ləğv edildi

Səudiyyədə 18 yaşdan kiçik şəxslərin edam cəzası ləğv edildi

Səudiyyə Ərəbistanında uzun illərdir tətbiq olunan 18 yaşına çatmamış şəxslərin edam cəzası kral Salmanın fərmanı ilə ləğv edilib.
 
Maide.Az xəbər verir ki, Səudiyyə səlahiyyətliləri 18 yaşına çatmamış cinayətkarın fərmanla edam edilməyəcəyini, bunun əvəzində 10 ildən çox olmayan həbs cəzası veriləcəyini bildirirlər.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 18 yaşdan kiçik şəxslərin edam ediləməsi beynəlxalq hüquq təşkilatlarının uzun illərdir diqqət çəkdiyi məsələlərdən idi və bunun ləğvini tələb edirdilər.

Google+ WhatsApp ok.ru