Səudiyyə televiziyasında Ramazan seriallarında İsrail təbliğatı aparılır

Səudiyyə televiziyasında Ramazan seriallarında İsrail təbliğatı aparılır

Səudiyyə Ərəbistanının MBC1 televiziyasında yayımlanan "Mahrac 7" və "Umm Harun" seriallarında ərəb ölkələri ilə İsrail arasındakı münasibətləri yaxşılaşdırmaq üçün fələstinlilərin pisləndiyi və tarixi faktların təhrif olunduğu bildirilir.
 
Maide.Az " Anadolu" agentliyinə isitnadla  xəbər verir ki, sözügedən serial bir çox ərəb ölkələrindən, xüsusən də Fələstindən olan izləyicilərin sərt reaksiyasına səbəb olub və səhmlərin çoxunun Səudiyyə Ərəbistanına məxsus olduğu MBC Media qrupuna bağlı olan kanalın boykot edilməsi çağırışları edilir.
 
 
Serialda İsrail təbliğatı
 
Səudiyyə Ərəbistanının komediya ustası Nasir əl-Kasibinin baş rol oynadığı "Mahrac 7" serialında hər epizodda fərqli bir mövzuya toxunulur, üçüncü hissədə isə İsrail ilə münasibətlərdən bəhs edilir.
 
Serialda işğalçı İsrail rejiminin varlığının qəbul elətdirilməsi,  Fələstinlilərin uzun illər  işğalçı rejimə qarşı mübarizə və müqavimətinin "faydasız"  olması  göstərilir. 
 
Fələstinlilərin şeytanlaşdırılması
 
Fələstinli yazıçı Mahir əl-Yusufi tvitterdəki mesajında, "Mahrac 7" serialının Fələstin məsələsinin qəsdən təhrif edilməsi ilə tarixdə müzakirə edilə bilməyəcəyinə işarə vurub.
 
Yusufi, fələstinlilərin serialda şeytanlaşdırılaraq torpaqlarını satmaqda günahlandırıldıqları, sionist çıxışlarda olduğu kimi ayrıseçkiliyə məruz qaldıqları və yalnız səfalət içində yaşayan fələstinlilərin yaxşı olduğu şüarlarının təkrarlandığını söyləyir.
 
Səudiyyə Ərəbistanı yazıçısı Əhməd bin Raşid bin Səid "Mahrac 7" serialındakı İsrail tərəfdarı dialoqlara işarə edərək, "Serialdakı bu dialoqlarla plüralizm təəssüratını yaratmağa çalışarkən, qəsdən yalnış davranışlar və yayılan dezinformasiyalar nəzərə çarpır" şərhini verib.
 
Trol ordusu müdafiəyə keçib
 
Sosial mediada "elektron milçəklər" kimi tanınan troll ordusu Səudiyyə Ərəbistanına qarşı tənqidləri aradan qaldırmağa çalışaraq, müzakirə olunan serialdakı İsrail tərəfdarı səhnələrin "həqiqəti əks etdirdiyini" və tənqidlərin ədalətsiz olduğunu iddia edirlər.
 
Sözügedən trolllar serialdakı dialoqlar vasitəsilə fələstinliləri ittiham edən yazıları paylaşır.
 
İsrailin müsbət cavabı
 
İsrailin "Kanal 12" televiziyası Səudiyyə Ərəbistanı telekanallarında nümayiş olunan serialların "müsbət" olduğunu bildirib.
 
"Kanal 12" televiziyası xəbər bülletenlərində bu mövzuya geniş yer verərək, "Səudiyyə Ərəbistanında ilk dəfə olaraq İsrail düşmən kimi təqdim edilmir. Bu inkişaf artıq normallaşma həddini aşıb və iki ölkə (İsrail və Səudiyyə Ərəbistanı) münasibətlərində barışıq və yaxınlaşma məqsədi güdən bir dəvətdir" şərhləri edilir.
 
Tarixi və siyasi mesajları təhrif etmək
 
Küveytdən olan yəhudi qadının yaşadığı çətinliklərdən bəhs edən "Umm Harun" serialı da gizli mesajların olduğu üçün tənqid olunur.
 
Tarixçi Məhəmməd əl-İsniyani bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytin birgə istehsalı olan seriyalda tarixi həqiqətlər təhrif edilir.
 
"Umm Harun serialında Fələstin əvəzinə İsrailin İngilis işğalında olduğu deyilir", - İsniyan özünün tvitter hesabındakı yazısında qeyd edib.
 
Seriallarda gizli siyasi mesajların olduğunu bildirən İsniyan, MBC-nin yayım siyasətinin İsrail ilə normallaşana qədər bu məsələ ilə məşğul olmağa davam edəcəyini bildirib.
 
MBC-də yayımlanan bu serialların tarixi həqiqətdən uzaq olduğunu vurğulayan İsniyan, kanalı sosial tarixi iflic etməyə çalışmaqda günahlandırıb.
 
Ərəb ölkələrinin münasibətlərinin işğalçı İsrail rejimi ilə  normallaşma prosesi 
 
Ərəb ölkələrinin, xüsusən Fars Körfəzi ölkələrinin son illərdə Fələstinin  işğal olunmuş  ərazilərindəki işğalçı rejim  ilə münasibətlərini normallaşdırmaq üçün bir-birləri ilə yarışdığı görülür.
 
Diqqətəlayiq haldır ki, bölgə xalqlarının İsraili işğalçı kimi tanımasına baxmayaraq, ərəb ölkələri liderlərinin serail ilə apardığı normallaşma prosesi xüsusilə son ziyarətlər, görüşlər və tədbirlər sayəsində sürətlənib.
 
2019-cu ilin iyun ayında Bəhreynin paytaxtı Manamada ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanan Yaxın Şərq sülh planı çərçivəsində İsrail-Fələstin məsələsinə "həll yolu tapma" iddiası ilə iqtisadi əsaslı seminar keçirildi.
 
Trampın yanvarın 28-də açıqladığı birtərəfli Yaxın Şərq sülh planı bir çox Körfəz ölkəsi tərəfindən dəstəkləndi.
 
Vaşinqtonun BƏƏ, Bəhreyn və Oman səfirləri, İsrail rejiminin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Tramp da iştirak etdi.
 
Həmçinin Tramp tərəfindən təqdim edilən "Əsrin müqaviləsi" sülh planı isə əslində Fələstin torpaqlarının işağlı üçün cizilmiş bir xəritədir.
 
Bu plan ortaya atıldığı ilk gündən etibarən dünya ictimaiyyəti və bir çox ölkələrin etirazı ilə qarşılandı. 

Google+ WhatsApp ok.ru