Səudiyyə rejimi 5 ildə Yəməndə 290 jurnalisti qətlə yetirib

Səudiyyə rejimi 5 ildə Yəməndə 290 jurnalisti qətlə yetirib

Səuidiyyə rejiminin ötən beş ildə Yəmənə təcavüzü nəticəsində 290 jurnalist həyatını itirib.

 
Maide.Az “almayadeen”-ə istiandla xəbər verir ki, bu barədə Yəmən Jurnalistlər Birliyi yayımladığı hesabatda açıqlama verib.
 
Birlik yayımladığı hesabatda Səudiyyə rejiminin başçılıq etdiyi koalisiyanın Yəməndə jurnalistlər əleyhinə törətdiyi cinayətlərin araşdırılması üçün müstəqil beynəlxalq fakt araşdırıcı komitənin təşkil edilməsini istəyib.
 
Birlik qeyd edib ki, Səudiyyə rejimi Yəməndə KİV nümayəndələrinə qarşı çoxlu cinayətlər törədib. “Ötən beş il ərzində Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində ümumilikdə 290 jurnalist həyatını itirib. Onlardan 45 nəfəri Yəmənin milli mətbuatının jurnalistləri olub. Həmçinin 25 yəmənli jurnalist isə yaralanıb.” Yəmən Jurnalistlər Birliyi Səudiyyə Ərəbistanı rejiminin beynəlxalq qanunlara zidd olaraq KİV nümayəndələrinə qarşı hərbi cinayət törətdiyini qeyd edib.
 
Bildirilir ki, Səudiyyə rejimin indiyədək KİV mərkəzini dağıdıb. 30 Televiziya və radio ötürücü mərkəzini bombalayıb.
 
Birlik qeyd edib ki, Səudiyyə rejimin həmçinin xarici jurnalistlərin baş verən cinayətləri işiqlandırmaq üçün Yəmənə girişinin qarşısını alıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb.
 
Hazırda 25 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Google+ WhatsApp ok.ru