Səudiyyə Ərəbistanı ƏDV-ni üç dəfə artıracaq

Səudiyyə Ərəbistanı ƏDV-ni üç dəfə artıracaq

Səudiyyə Ərəbistanı iyunun 1-dən etibarən yaşayış minimumu ödənişini dayandıracaq və iyulun 1-dən etibarən əlavə dəyər vergisini üç dəfə artıracaq.
 
Bu barədə “Reuters” dövlət informasiya agentliyinin məlumatına istinadən məlumat yayıb.
 
Məlumata görə, ƏDV 5%-dən 15%-ə qaldırılacaq.
 
Ölkənin Maliyyə naziri Məhəmməd əl-Cadaanın sözlərinə görə, bu cür tədbirlər ağrılıdır, lakin ortamüddətli və uzunmüddətli perspektivdə maliyyə və iqtisadi sabitliyi qorumaq və görünməmiş koronavirus böhranını ən az zərərlə aradan qaldırmaq üçün zəruridir.
 
Qeyd edək ki, dünyanın ən böyük neft ixracatçısının iqtisadiyyatına koronavirus pandemiyası fonunda enerjiyə tələbatın azalması və qlobal böhran səbəbindən zərər dəyib. Son məlumatlara görə, Səudiyyə Ərəbistanında 37 mindən çox insan koronavirusa yoluxub, 239 nəfər virusdan ölüb. /Report
 

Google+ WhatsApp ok.ru