Səudiyyə rejiminin koalisiyasının Yəməndəki cinayətlərinə görə BMT cavabdehdir

Səudiyyə rejiminin koalisiyasının Yəməndəki cinayətlərinə görə BMT cavabdehdir

Yəmən Ali Siyasi Şurasının sədri, təcavüzkar Səudiyyə koalisiyası tərəfindən bu ölkəyə neft məhsullarının idxalının məhdudlaşdırılmasına Birləşmiş Millətlər Təşkilatının məsuliyyət daşıdığını söylədi. Mehdi əl-Məşət Səudiyyə rejiminin koalisiyasının Yəmənə neft məhsulları idxalından qarşısını almasının səbəblərini nəzərdən keçirmək üçün keçirdiyi iclasda bildirib ki, Səudiyyə rejiminin koalisiyasının Yəmənə qarşı təcavüzünün dayandırılması və ölkədə sülh prosesinin irəliləməsi üçün BMT ciddi şəkildə çalışmalıdır.
 
Maide.Az "Deyerler.org"a istinadən verdiyi xəbərə görə, Əl-Məşat, Səudiyyə rejiminin təcavüzkar koalisiyası tərəfindən infrastrukturun məhv edilməsini və Yəmənin milli sərvətlərinin oğurlanmasını dayandırmağa çağırıb: "Yəmən Ali Siyasi Şurası Yəmən xalqının hüquqlarının qorunması üçün lazımi tədbirlər görəcək və işğalçıları ölkədən qovacaq". Hal-hazırda Yəmən xalqı üçün göyərtəsində yanacaq və qida olan 22 gəmi Səudiyyə rejiminin koalisiya qüvvələri tərəfindən həbs edilib.
 
2015-ci ilin mart ayında Səudiyyə rejimi, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə Yəmənə qarşı hərbi təcavüzə başladı və ölkəni qurudan, dənizdən və havadan mühasirəyə aldı. Səudiyyə rejimi və müttəfiqlərinin bu günə qədər Yəmənə etdiyi təcavüz, 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla insanların doğma yaşayış yerlərindən didərgin düşməsinə səbəb olub.
 

Google+ WhatsApp ok.ru