Səudiyyə Ərəbistanı Yəmən ərazilərini bombardman etdi, ölənlər var

Səudiyyə Ərəbistanı Yəmən ərazilərini bombardman etdi, ölənlər var

Səudiyyə Ərəbistanı hərbi aviasiyası ötən gün Yəmənin paytaxtı Səna şəhərinin qərbində yerləşən Əyan və Bəni Mətar rayonlarına və digər hissələrinə aviazərbələr endirib.

Bu barədə Yəmən mətbuatı məlumat verib. 

Məlumata əsasən, Səudiyyə Ərəbistanı hərbi aviasiyası Yəmənin paytaxtına azı 16 zərbə endirib.

Bombardman nəticəsində 2 mülki vətəndaş həyatını itirib, 4 nəfər isə yaralanıb. Onlara məxsus ev və obyektlər isə dağılıb.   

Aviazərbələrin gün boyu davam etdiyi qeyd edilir.   Bundan əlavə Səudiyyə Ərəbistanı aviasiyası Yəmənin Mərib vilayətinə 5, Səada vilayətinə 4, Həcca vilayətinə 4, Əl-Cəuf vilayətinə 4 və Bəyda vilayəti ərazisinə 5 zərbə endirib.   

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.

Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.

Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. /eastnews.org/

Google+ WhatsApp ok.ru