Səudiyyə Ərəbistanı Yəməndə 7 uşaq və 2 qadını qətlə yetirdi 13 İyul 2020 09:54 Yəmən iyulun 12-də Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr Yəmənin şimal-qərbində yerləşən Həcca vilayətinə mülki vətəndaşların evlərini bombardman edib. Maide.Az "eastnews"a istinadla xəbər verir ki, bu barədə Yəmən mətbuatı məlumat verib. Məlumata əsasən, Səudiyyə Ərəbistanı təyyarələrinin endirdiyi zərbələr nəticəsində 7 uşaq, 3 qadın həyatını itirib, 2 kişi isə yaralanıb. Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. Teqlər : #Səudiyyə,#Ərəbistanı,#Yəməndə,#uşaq,#və,#qadını,#qətlə,#yetirdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Amnistiya Britaniyanın Səudiyyə rejiminə silah satışına etiraz edir BMT: Yəməndə vəziyyət dözülməz həddə çatıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'