Sənaye istehsalı 1,5 faiz azalıb

Sənaye istehsalı 1,5 faiz azalıb

İyundakı davamlı böyümə trendindən sonra Azərbaycanda sənaye istehsalı geriləyib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, buna səbəb neft hasilatının azalmasıdır.
 
Bu ilin birinci yarısında Azərbaycanda sənaye istehsalının həcmi 18,4 milyard manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır.
 
Sənaye istehsalının azalması qeyri-neft sənayesinin göstəricilərindəki 11.2% artımı dayandırmayıb.
 
Hesabat dövründə qeyri-neft sənayesi istehsalı 5,7 milyard manat təşkil edib. İlin ilk yarısında əmtəəlik neft istehsalı 4,9% azalıb. /turan/
 

Google+ WhatsApp ok.ru