Səudiyyə hökuməti ümrə ziyarətinin bərpası üçün araşdırıcı komissiya təşkil edib

Səudiyyə hökuməti ümrə ziyarətinin bərpası üçün araşdırıcı komissiya təşkil edib

Səudiyyə Ərəbistanın 4 dövlət qurumunun iştirakı ilə ümrə ziyarətinin bərpa edilməsini araşdıracaq komissiya yaradılıb.
 
Maide.Az xəbər verir ki, koronavirus pandemiyasına görə dayandırılmış ümrə ziyarətlərinin yenidən başladılması üçün rəsmi komissiya yaradılıb.
 
Komissiyaya ölkənin Həcc Nazirliyi, Səhiyyə Nazirliyi, Baş Təhlükəsizlik İdarəsi və Məkkə-Mədinə məscidlərinin İdarəsinin mütəxəssisləri qatılacaq.
 
Bu komissiya yaxın zamanlarda ümrə ziyarətlərinin başladılması və bəzi yanaşı zəruri addımların atılmasını müzakirə edəcək.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı artıq 5 aydır ümrə ziyarətini dayandırıb. Bu il Həcc ziyarətinə isə məhdud sayda insan qatılıb. /SalamNews  /

Google+ WhatsApp ok.ru