Səudiyyə rejimi Yəməndə yenə dinc sakinləri vurdu 30 Sentyabr 2020 16:09 Yəmən Səudiyyə rejiminin koalisiyasının artilleriyası bu gün (30 sentyabr) Yəmənin qərbindəki Əl-Hudeyda əyalətindəki mülki evlərə hücum edib. Əl-Havk şəhərində Əl-Rabsa bölgəsinə Səudiyyə rejiminin koalisiyasının artilleriya hücumu iki qadının şəhid olması və bir uşaq da daxil olmaqla digər iki yəmənlinin yaralanması ilə nəticələnib. Bazar günü də Səudiyyə rejimi koalisiyasının eyni şəhərə top atəşi nəticəsində iki qadın ölmüş və üç nəfər yaralanmışdı. Səudiyyə rejiminin koalisiyasına bağlı ünsürlər Əl-Hudeyda əyalətindəki atəşkəs razılaşmasını açıq şəkildə pozaraq, dünən də şərqdən və cənubdan Durəyhəmi bölgəsinə hücum ediblər. Səudiyyə rejiminin Yəmənin Saada vilayətinin sərhəd şəhəri olan Manbəhdə Əl-Raqo bölgəsinə artilleriya hücumu nəticəsində ən azı 3 mülki şəxs ölüb, beş nəfər yaralanıb. /Əl-Məsirəyə / Teqlər : #Səudiyyə,#rejimi,#Yəməndə,#yenə,#dinc,#sakinləri,#vurdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Yəməndə müharibənin bitməsinə çağırış edir Yəmən məhkəməsi Tramp, Səudiyyə kralı və vəliəhdinə ölüm hökmü çıxardı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'