Sənaye istehsalı 4,5 faiz  azalıb

Sənaye istehsalı 4,5 faiz azalıb

Bu ilin üç rübü ərzində Azərbaycanda sənaye istehsalının həcmi 27,8 milyard manat təşkil edib ki, bu da müqayisəli qiymətlərlə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır, deyə : Dövlət Statistika Komitəsi məlumat verir. Yalnız sentyabr ayında sənaye istehsalı əvvəlki aya nisbətən 19% azalıb. Keçən il göstəricilərinə nisbətən geriləmə neft və qaz sektorunda hasilatın 6,1% azalması ilə əlaqədardır. Qeyri-neft və qaz sektorunda göstərilən dövrdə istehsalın həcmi (9,1 milyard manat) 10,8% artıb, deyə statistika qurumu bildirir.

Google+ WhatsApp ok.ru