Səid Həriri Fransanın planını icra edəcək

Səid Həriri Fransanın planını icra edəcək

Livanda yeni hökuməti qurmaq vəzifəsi daşıyan Səid Həriri jurnalistlərə açıqlama verib.   

Səid Həriri jurnalistlərə açıqlamasında bildirib ki, Fransanın təklif etdiyi siyasi həll yolu 6 ay ərzində tətbiq olunacaq.

"Hökumətdə Livandakı bütün siyasi qruplar təmsil olunacaq. Artıq bu istiqamətdə işlərə başlamışıq", - deyə Səid Həriri diqqətə çatdırıb. 

 O, qeyd edib ki, yeni hökuməti qurmaq üçün bütün ixtilaflar aradan qaldırılmalıdır.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru