Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur

Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuz tərəfindən adekvat tədbirlər görülür.
 
Məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
 
 Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
 
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
 

Google+ WhatsApp ok.ru