Səudiyyə rejiminin cinayətləri nəticəsində Yəməndə xərçəng xəstələrinin sayı artıb 11 Noyabr 2020 12:48 Yəmən Yəmənin Milli Qurtuluş Hökumətinin səhiyyə naziri Taha Əl-Mütəvəkkil Səudiyyə rejiminin koalisiyası tərəfindən qadağan edilmiş silahların istifadəsi nəticəsində ölkədə xərçəngli şişlərlə müraciət edən halların artdığını açıqlayıb. Taha Əl-Mütəvəkkil BMT-nin ən sadə tibb müəssisələrini Yəmənə gətirə bilmədiyini və Yəməndəki xərçəng müalicəsi mərkəzlərinin Səudiyyə rejiminin koalisiyasının ölkəni işğal etməsindən sonra baş çəkənlərin artdığını söyləyib. Əl-Mütəvəkkil Səudiyyə rejiminin koalisiyasını ölkəsinə qarşı qadağan olunmuş beynəlxalq silahların istifadəsində günahlandırıb. Sənadakı Əl-Küveyt Xəstəxanasında Xərçəng Mərkəzinin açılışında danışan nazir, belə deyib: “Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki fəaliyyəti zəifdir və yenidən nəzərdən keçirilməlidir. Yəmən istilasının əvvəlindən beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla bombalanan bölgələrdə xəstələrin sayı 100% artıb”. O, leykoz müalicə mərkəzlərinin Yəmənin müxtəlif əyalətlərindən ildə 7000 xəstə qəbul etdiyini və yarısının dərman və xüsusi avadanlıq çatışmazlığına görə öldüyünü bildirib. Əl-Mütəvəkkil, həmçinin hava hücumlarından təsirlənən ərazilərin əksəriyyətində insanların təhlükəli xəstəliklərə yoluxduğunu vurğulayıb./deyerler.org / Teqlər : #Səudiyyə,#rejiminin,#cinayətləri,#nəticəsində,#Yəməndə,#xərçəng,#xəstələrinin,#sayı,#artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Yəmən müharibəsində Səudiyyə rejimini maliyyələşdirməyi dayandıracaq Səudiyyə Ərəbistanı Yəməndə yeni dinc sakinləri hədəfə aldı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'