Səudiyyə Ərəbistanı Yəməndə yeni dinc sakinləri hədəfə aldı

Səudiyyə Ərəbistanı Yəməndə yeni dinc sakinləri hədəfə aldı

9 ayda Yəməndə 1500-dən çox dinc sakin öldürülüb

Yəmənin paytaxtı Səna şəhəri yenidən aviazərbələrə məruz qalıb. 

 Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda vurğulanır ki, hücum nəticəsində mülki binalar hədəfə alınıb.   

Ölənlərin və yaralananların olduğu bildirilir. 

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2020-ci ilin ilk doqquz ayında Yəməndə 1500-dən çox dinc sakinin öldüyünü və yaralandığını bildirib.

 “Yalnız 2020-ci ilin yanvarından sentyabr ayına qədər Yəməndə 1508 dinc sakin öldürüldü və ya yaralandı”
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qurbanların 42%-nin qadın və uşaqlar olduğunu əlavə edib.
 
Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 

Google+ WhatsApp ok.ru