Səudiyyə Ərəbistanında həbsdə olan fəalın həbsxanada halı pisləşib

Səudiyyə Ərəbistanında həbsdə olan fəalın həbsxanada halı pisləşib

Səudiyyə Ərəbistanında həbsdə olan 63 yaşlı  fəal Salman əl-Avdənin həbsxanada səhhəti pisləşib. 
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, S.əl-Avdənin oğlu  Abdullah əl-Avdə həbsxanadakı pis şərtlər səbəbiylə atasının səhhətinin pisləşdiyini bildirib .
 
Salman əl-Avdənin üç il yarım əvvəl həbs olunduğundan bəri təkadamlıq kamerada saxlanıldığını xatırladan oğlu bildirib ki, "Atamın 63 yaşı var və Səudiyyə həbsxanasında təzyiqlərə məruz qalıb. Bu təzyiqlər nəticəsində atam eşitmə və görmə qabiliyyətini itirib. Atam üç il yarım əvvəl həbs olunduğundan bəri təkadamlıq kameradadır". 
 
 Abdullah əl-Avdənin paylaşılmasından sonra Səudiyyə Ərəbistanı səlahiyyətliləri məsələ ilə bağlı heç bir açıqlama verməyib. 
 
Qeyd edək ki,  2017-ci ildə həbs olunan Avdəyə qarşı məhkəmədə  “terror təşkilatının rəhbərliyi, Riyadın Qətərə tətbiq etdiyi mühasirəyə qarşı çıxma, Müsəlman Qardaşlar Təşkilatı ilə əməkdaşlıq, Qətərin kral ailəsi ilə əlaqələr, milli təhlükəsizlik "Təhdidlər, şiddətə təhrik" kimi 37 ayrı ittiham irəli sürülüb.
 
Onun barəsində  edam hökmünün çıxarılacağı bildirirlir. 
 

Google+ WhatsApp ok.ru