Səudiyyə və İraq  30 il sonra Arar sərhəd keçid məntəqəsinin yenidən açıb

Səudiyyə və İraq 30 il sonra Arar sərhəd keçid məntəqəsinin yenidən açıb

Səudiyyə və İraq  30 il sonra Arar şəhərində yerləşən sərhəd keçid məntəqəsinin yenidən açıblar. 
 
Maide.Az "Tasnimnew"a istinadla xəbər verir ki,  bu gün  Səudiyyə Ərəbistanında  15 avtobus bu sərhəd keçid məntəqəsi vasitəsilə İraqa daxil olub. 
 
Avtobuslar İraq üçün  tibbi  yardımlar gətiriblər. 
 
Arar sərhəd keçid məntəqəsinin açılış mərasimində  İraq daxili işlər naziri və  hər iki ölkədən rəsmilər iştirak edib. 
 
İraq və Səudiyyə Rəsmiləri  iki ölkə arasında  ixracat və idxalatı artırmaq haqqında razılığa gəlib. İki ölkə rəsmiləri tezliklə  Əl-Cəmimə  keçid məntəqəsinin də açılacağını bildiriblər.  
 
Qeyd edək ki, İraq və Səudiyyə Ərəbistanı arasında yerləşən  Arar sərhəd keçid məntəqəsi  1990-cı ildə İraqın Kuveytə hücumu zamanı  rəsmi şəkildə bağlanmışdı. 

Google+ WhatsApp ok.ru