Səudiyyə Ərəbistanının Fələstinə vurduğu ən böyük xəncər - Təfərrüat

Səudiyyə Ərəbistanının Fələstinə vurduğu ən böyük xəncər - Təfərrüat

Livan qəzetlərindən biri İsrail rejimi baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanına səfərini Fələstinə ən böyük Səudiyyə xəncəri kimi xarakterizə edib. 

 İsrail mediası Netanyahunun Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman ilə görüşdüyünü, bunun İslam dünyası və ərəb ölkələrinin səlahiyyətliləri arasında çox qınağa və mənfi reaksiyalara səbəb olduğunu bildirib.   

Livanda çıxan "Əl-Əxbar" qəzeti səfər haqqında "Səudiyyə Ərəbistanının Fələstinə ən böyük xəncəri" başlığı ilə xəbər verib.   

Qəzetin yazdığına görə, Riyad Xarici İşlər Nazirliyi Netanyahunun ibn Salmanla görüşməsini rədd edib. Məlumata görə, səfər həm də tərəflərin ABŞ prezidenti Donald Trampın hakimiyyəti təhvil verməsindən əvvəl bir macəraya başlamaq niyyətində olduqlarını və ən böyük təhlükənin Fələstin üçün olduğunu göstərir.   

"Əl-Əxbar" qəzeti Fələstin xalqı bu səfərin hələ hərtərəfli və maddi bir razılığa gətirib çıxarmadığını, bunun Netanyahunun işğal altındakı ərazilərdəki vəziyyətini yaxşılaşdıracağına inandığını əlavə edib.   

Qəzetin yazdığına görə, əvvəlki dövrlərdən fərqli olaraq, İsrail kəşfiyyatı gizli görüşün dərhal ictimaiyyətə açıqlanmasına icazə verib. Bu addım Səudiyyə-İsrail münasibətlərinin normallaşması üçün qatarın hərəkət etdiyini və Riyadla birlikdə digər ölkələrin də konvoya qatılacağını göstərir. 

 Məlumata görə, bu məsələ Fələstin dairələrində narahatlıq yaradıb və onların çoxu Fələstin rəhbərliyini günahlandırıb. Qəzet fələstinli qrupların Səudiyyə Ərəbistanının mənfi rolunun fərqində olmasına baxmayaraq, münasibətlərin ictimai normallaşmasını ərəb prinsipləri adlandıranları məhv edəcəyinə inandıqlarını vurğulayıb. 

 Bu baxımdan HƏMAS bu səfəri təhlükəli bir səfər kimi qiymətləndirib və Riyadın İslam ümmətini təhqir etdiyini və Fələstin hüquqlarını pozduğunu vurğulayılb. "İslami Cihad" da bu səfəri Qüdsə və Məkkəyə xəyanət adlandırıb.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru